Özbəkistan klubu futbol ulduzunu məhkəməyə verib
Özbəkistanın "Bunyodkor" klubu Braziliya millisinin sabiq futbolçusu Rivaldodan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.
Sportline.az CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, buna veteran yarımmüdafiəçinin Daşkənd təmsilçisi ilə müqaviləni vaxtından əvvəl pozması səbəb olub. Məsələyə bu il iyunun 8-də baxılacaq.
Qeyd edək ki, 2008-ci ildə "Bunyodkor"la 14 milyon avro dəyərində 2 illik müqavilə imzalayan dünya çempionu 2010-cu ilin mayında sözləşməyə birtərəfli şəkildə xitam verərək, klubu tərk edib.