Özil "Barsa"dan 370 min avro istədi
"Arsenal"ın almaniyalı futbolçusu Məsut Özil "Barselona"ya keçməyə razılıq verib. SportLine.az xəbər verir ki, bu bardə AS nəşri məlumat yayıb.
Xəbərdə yarımmüdafiəçinin qış transfer pəncərəsində Kataloniyaya köçməyə razı olduğu deyilib. Amma M.Özilin bir tələbi var - həftəlik 370 min avro maaş.
La Liqa təmsilçisinin bu tələbə müsbət cavab verdiyi bildirilir.
Qeyd edək ki, Arsen Venger 29 yaşlı futbolçunun komandadan getməsinə etiraz etmir. Mövsümün sonunda müqaviləsi bitəcək M.Özilin gedişindən pul qazanmaq istəyən klub rəhbərliyi də almaniyalı ulduzu yanvar ayında satmaq niyyətindədir.