Ozobiç: "Dinamo Zaqreb"də oynamaq Mahir üçün faydalı olacaq"

"Mahir Emrelini "Dinamo Zaqreb" klubuna keçidi münasibəti ilə təbrik edirəm".

Sportline.az xəbər verir ki, bu sözləri Fanat.Az-a futbolçunun sabiq komanda yoldaşı, "Qarabağ"ın üzvü Filip Ozobiç deyib. 

30 yaşlı xorvatiyalı yarımmüdafiəçi Emrelinin Zaqreb klubuna transferini dəyərləndirib: 

"Bu keçid Mahir üçün yaxşı olacaq. Doğru addımdır. Çünki "Dinamo Zaqreb" Xorvatiyanın və Avropanın böyük klublarından biridir. Bu komandanın futbolçuları ilə oynamaq Mahir üçün asan olacaq. "Dinamo Zaqreb"in səviyyəsi və yaxşı keyfiyyəti var. 

Zaqreb özü də gözəl şəhərdir. Orada yaşamaq da Mahirə xoş olacaq. Ona qarşı olan münasibət də çox yaxşı olacaq. 

Onu qeyd edim ki, Xorvatiya çempionatı son illərdə yüksəliş yaşayır və bu ölkədə oynamaq Emreli üçün olduqca faydalı olacaq".

Xatırladaq ki, Filip Ozobiç Mahir Emreli ilə Azərbaycan millisində komanda yoldaşıdır.