Paketanın "Mançester Siti"yə transferi alınmır
Lukas Paketanın "Mançester Siti"yə transferi düyünə düşüb.
Sportline.az "The Telegraph" nəşrinə istinadla xəbər verir ki. "şəhərlilər" "Vest Hem"lə danışıqları davam etdirsələr də, məbləğdə razılığa gələ bilmirlər.
"Vest Hem" futbolçusu üçün qarşı tərəfdən 100 milyon avro tələb edir.
"Mançester Siti" isə yarımmüdafiəçini daha aşağı qiymətə heyətə qatmaq niyyətindədir.
Qeyd edək ki, Lukas Paketa ötən mövsüm meydana çıxdığı 28 oyunda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.