"Palmeyras" braziliyalı oyunçunu "Zenit"ə satmayacaq

"Palmeyras"ın futbolçusu Rafael Veiga bu transfer pəncərəsində "Zenit"ə keçməyəcək.

Sportline.az Nosso Palmeiras-a istinadla xəbər verir ki, Braziliya klubu sankt-peterburqluların 29 yaşlı futbolçu üçün 20 milyon avroluq təklifi rədd edib.

Klubdan verilən açıqlamada, gələn yay keçiriləcək 2025-ci il Klublararası Dünya Çempionatına qədər heç bir futbolçu ilə yolların ayrılmayacağı bildirilib.

Qeyd edək ki, Veiganın klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.Onun transfer dəyəri 16 milyon avrodur.