Panama millisinin futbolçusu öldürüldü
Panama millisinin futbolçusu Amilkar Enrikes qətlə yetirilib. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi evi qarşısında iki naməlum şəxsin hücumuna məruz qalıb.
Bir neçə güllə yarası alan A.Enrikes xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Amilkar Enrikes Panama yığmasında 75 oyuna oyuna çıxıb.