Panamalı futbolçu "Neftçi"nin düşərgəsində

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" klubu baxışa yeni hücumçu çağırıb.

Sportline.az "ağ-qaralar"ın rəsmi televiziyasına istinadən xəbər verir ki, bu, panamalı Ansoni Alexandro Frias Qonsalesdir.

21 yaşlı forvard sabah düşərgədə olacaq.