PAOK "Beşiktaş"ın futbolçusu ilə maraqlanır
"Beşiktaş"da qambiyalı müdafəiçi Omar Kolinin komandadan ayrılacağı gözlənilir.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 31 yaşlı futbolçu ilə PAOK klubu maraqlanır.
Xəbərdə Yunanıstan klubunun yaxın günlərdə oyunçu üçün rəsmi təklif göndərəcəyi bildirilir.
Omar Koli "Beşiktaş" ilə 46 oyunda 8 qol imza atıb.
Qeyd edək ki, transfer dəyəri 3.5 milyon avro olan müdafiəçinin "Beşiktaş" ilə 2025-ci ilə qədər müqaviləsi var.