Paredesdən Dibala ilə bağlı maraqlı açıqlama

"Zenit", "Yuventus" və PSJ-nin sabiq futbolçusu Leandro Paredes yenidən Vətəni Argentinaya qayıtmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, o, yenidən "Boka Xuniors"un formasını geyinməyi arzulayır.

Ulduz futbolçu Calciomercato.com-a verdiyi müsahibəsində bunu dilə gətirib.

Paredes özü ilə birlikdə hazırkı komanda yoldaşı Paulo Dibalanı da sevimli klubuna gətirməyin ən böyük arzularından biri olduğunu bildirib.

Bunun sadəcə arzu olduğunu deyən Leandro belə bir günün nə vaxtsa reallaşdıracağına ümid bəslədiyini vurğulayıb. 

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2023-cü ildən "Roma"nın şərəfini qoruyur.