Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında tatamiyə çıxıb.

Sportline.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Von Jin Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.

Rəqibini uduzan Ağayev mübarizəni dayandırmalı olub. Daha əvvəl Leyla Əliyeva (48 kq) yarışla vidalaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.