Paris-2024: Novak Cokoviç qələbə ilə başladı
Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ilk oyununu keçirib.
Sportline.az xəbər verir ki, 37 yaşlı təcrübəli idmançı I turda avstraliyalı Mettyu Ebdenlə üz-üzə gəlib.
Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (6:0, 6:1).
O, 1/16 finalda Marton Fuçoviç (Macarıstan) - Rafael Nadal (İspaniya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.