Paris 2024:Argentina İraqa, İspaniya Dominikan Respublikasına qalib gəlib

Paris 2024 Olimpiyadasında futbol yarışlarında ikinci turun oyunları start götürüb.

Sportline.az xəbər verir ki, günün 2 oyunu artıq geridə qalıb.

Argentina millisi Lion şəhərində keçirilən qarşılaşmada İraq millisini 3-1 hesabı ilə məğlub edib.Cənubi Amerika təmsilçisinin qollarını Almada (13), Lusiano Qondou (62) və Ezeqiel Fernandez (85) vurub. Körfəz ölkə təmsilçisinin yeganə qolu 45+3-cü dəqiqədə Aymen Husseindən gəlib.

Digər oyunda Dominikan Respublikası və İspaniya milliləri Bordoda münasibətləri aydınlaşdırıblar.Matç 3-1 hesabı ilə Avropa təmsilçisinin xeyrinə yekunlaşıb.Pirineylilərin qələbə qollarını Fermin Lopez (24), Aleks Baena (55) və Mikel Qutierez (70) vurub.Dominikan Respublikasının yeganə qolunun müəllifi 38-ci dəqiqədə Montes olub.

Qeyd edək ki, yarışda bu gün daha 6 qarşılaşma keçirilcək.