“Paris Sen-Jermen” – “Bavariya”: Heyətlərdəki son durum
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə bu gün start verilir.
Sportline.az xəbər verir ki, “Paris Sen-Jermen” “Park De Prens”də “Bavariya” ilə üz-üzə gələcək.
Son çempion bu mərhələyə qədər “Çelsi” və “Liverpul”u mübarizədən kənarlaşdırımışdı. Münhen təmsilçisi isə “Atalanta” və “Real Madrid”dən güclü olmuşdu.
Meydan sahibləri oyuna optimal heyətlə çıxacaq.
Vensan Kompaninin komandasında isə itkilərin sayı çoxdur. Kassiano Kiala, Rafael Gerreyro, David Santos, Lennart Karl, Serji Qnabri, Tom Bişşof, Visdom Mike zədədən əziyyət çəkir.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək görüşü isveçrəli Sandro Şerer idarə edəcək.