Partey İstanbul nəhənginin radarındadır

“Arsenal”ın qanalı futbolçusu Tomas Partey klubdan ayrıla bilər.

Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Beşiktaş” rəhbərliyi yanvarda 31 yaşlı futbolçunu transfer etməyə çalışacaq.

Parteyin “Transfermarkt” portalına görə dəyəri 18 milyon avrodur.

Təcrübəli futbolçunun “Arsenal” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, T.Partey bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 1 qolla yadda qalıb.