Pato "Vilyarreal"da
Aleşandro Patonun yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, son mövsümü icarə əsasında "Çelsi"də keçirən futbolçu karyerasını İspaniya La Liqasında davam etdirəcək. Braziliyalı "Vilyarreal"la razılığa gəlib.
Pato qarşıdakı 4 ildə "sarı sualtı qayığ"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Pato müqavilə ilə “Korintians”a məxsus idi.