Patrik Andradenin komandası Afrika Millətlər Kubokunda mübarizəni dayandırıb

"Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kapo-Verde milli komandası Afrika Millətlər Kubokunda mübarizəni dayandırıb.

Sportline.az xəbər verir ki, 1/8 finalda Seneqal yığması ilə qarşılaşan kollektiv rəqibinə 0:2 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.

Qarşılaşmaya start heyətində başlayan Andrade 21-ci dəqiqədə meydandan qovulub. 29 yaşlı yarımmüdafiəçi rəqib futbolçuya qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə alıb.