Pauerliftinqçilər ABŞ-dan qələbə ilə dönürlər. Hafiz Verdiyevdən mükəmməl nəticə
Pauerliftinq üzrə seçmə komandamız daha bir mötəbər yarışda etimadı doğruldub. SportLine.az Azərbaycan Pauerliftinq Federasiyasına istinadən xəbər verir ki, idmançılarımız ABŞ-ın Luiziana ştatında keçirilən dünya çempionatında yüksək nəticələrə imza atıblar. Təcrübəli pauerliftinqçimiz Hafiz Verdiyev 100 kq çəki dərəcəsində 2 dəfə mütləq dünya çempionu adını qazanıb. Həm deadliftdə, həm, də pauerliftinqdə bütün rəqiblərini üstələyən Hafiz üç hərəkətin çəmində 1020 kq ağırlıqın öhdəsindən gəlib.
Ramil Əhmədov (90kq), Müşfiq Əliyev (75kq) pauerliftinq, Rüfət Ağayev (125 kq) deadlift, Rüstəm Musayev benç-pressdə (75 kq ) çempion adına layiq görülüb. Ramil Əhmədov eyni zamanda çoxnövçülükdə mütləq dünya çempionu olub.