Pavloviç İngiltərə nəhənglərinin transfer radarına düşüb

"Bavariya"nın yarımmüdafiəçisi Aleksander Pavloviç İngiltərə klublarının diqqət mərkəzindədir.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" və "Çelsi 21 yaşlı oyunçunu heyətinə qatmaq üçün yarışa girib.

A.Pavloviçin transfer qiyməti 65 milyon avrodur.

Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm meydana çıxdığı 26 matçda 1 qol, 1 asistlə yadda qalıb.