Pavloviçi İngiltərə nəhəngləri istəyir

"Bavariya"nın yarımmüdafiəçisi Aleksander Pavloviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Çelsi", "Mançester Yunayted" və "Mançester Siti" almaniyalı oyunçunu heyətinə qatmaqda israrlıdır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Pavloviç bu mövsüm meydana çıxdığı 37 matçda 3 qol, 1 asistlə yadda qalıb.