Pavloviçi İngiltərə nəhəngləri transfer etmək istəyir

“Bavariya”da parlamaqda olan Aleksander Pavloviç İngiltərə klublarının maraq dairəsinə düşüb.

Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Çelsi” və “Mançester Siti” almaniyalı yarımmüdafiəçini transfer etmək üçün yarışa girib.

21 yaşlı futbolçunun dəyəri “Transfermarkt” portalına görə, 65 milyon avrodur.

Qeyd edək ki, A.Pavloviç “Bavariya”da qalmağa üstünlük verir.