Paytaxt klubunda ayrılıq gözlənilir
"Spartak"ın futbolçusu Danil Prutsevin klubdan ayrılacağı gözlənilir.
Sportline.az "Metaratings"ə istinadla xəbər verir ki, o, qış transfer pəncərəsində Moskva təmsilçisi ilə vidalaşmağa hazırlaşır.
Prutsev heyətdə daimi yer ala bilməməsindən narazıdır.
Klubun onunla birdəfəlik ayrılmaq istəmədiyi bildirilir.
Çox güman ki, futbolçu digər kluba icarəyə veriləcək.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 10 oyunda 1 qolla yadda qalıb.