Pelenin oğluna 13 illik həbs

Dünya futbol ictimaiyyətinin tanınmış simalarından Pelenin oğlu həbs olunub. SportLine.az xəbər verir ki, Braziliya məhkəməsi onu 13 il müddətinə azadlıqdan məhrum edib.

Braziliya məhkəməsi hələ 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb. Lakin o, apellyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qalıb. Edinyo narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilinir. 

Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib.