Pep Qvardyola: "Gedin, “Qalatasaray”dan soruşun"

UEFA Çempionalar Liqasında “Kopenhagen”i məğlub edən “Mançester Siti”nin baş məşqçisi Pep Qvardyola oyundan sonra maraqlı açıqlamalar verib.

“Kopenhagen”in “Bavariya”, “Qalatasaray” və “Mançester Yunayted” kimi komandaların olduğu qrupdan çıxdığını və bu qələbənin onlara heç də asan olmadığını deyən ispaniyalı mütəxəssis “İnsanlar “Kopenhagen”i udmağın asan olduğunu deyirlər, amma bu, belə deyil. Bu rəqibin nə qədər çətin olduğunu gedin, “Qalatasaray”dan soruşun”, - deyib.

Qeyd edək ki, "şəhərlilər" səfər matçında 3-1 hesabı ilə qalib gəliblər.