Pərviz Abdullayev Sərgən Yalçına qarşı

Türkiyənin məhşur "Survivor" yarışmasında futbol oyunu keçirilib.

Sportline.az xəbər verir ki, görüş "Survivor All Star" komandası ilə "Acun Media" arasında olub. Matç "Acun Media"nın 6:2 hesablı qələbəsiylə başa çatıb.

"Survivor All Star" komandasının heyətində azərbaycanlı idmançı, kikboksinq üzrə 6 qat dünya çempionu Parviz Abdullayev də iştirak edib. Digər komandada isə Türkiyə futbolunun tanınmış simalarından olan Sergen Yalçın oynayıb. Veteran futbolçu bu oyunda 1 qol və 1 qol ötürməsi ilə yadda qalıb.