Peşəkar Çövkən Liqasında yeni mövsümə start verilib
Peşəkar Çövkən Liqasında yeni mövsümə start verilib.
Sportline.az Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, açılış mərasimindən sonra Binə Atçılıq Mərkəzində ilk turun oyunları keçirilib.
“Sərhədçi” komandası “Buta Golden” üzərində 3:0 hesablı qələbə qazanıb. “Polad” və “Elit” komandalarının görüşü qolsuz bərabərliklə yekunlaşıb. “Omar” isə liqaya yeni qatılan “Xəzər”i 5:1 hesabı ilə məğlub edib.
“Embawood” “Qarabağ”ı 7:0 hesabı ilə üstələyibsə, turun son matçında “Zəfər” “Ağstafa Dilbaz” üzərində qələbəyə sevinib - 10:0. Turun daha əvvəl keçirilən görüşündə “Şirvan” “Atilla”nı məğlub edib - 8:1.
Qeyd edək ki, növbəti turun qarşılaşmaları martın 18-i və 19-da baş tutacaq. Peşəkar Çövkən Liqasında cari mövsüm noyabrın 26-da bitəcək.