PFL-ə prezident seçildi

Peşəkar Futbol Liqasına (PFL) prezident seçkiləri keçirilib.

Sportline.az xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında olub.

Hazırkı rəhbər Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq daha 4 il müddətinə PFL prezidenti seçilib.

Seçki zamanı vahid namizəd olan Musayev 2024-cü ilə qədər quruma rəhbərlik edəcək.

Qeyd edək ki, Ramin Musayev PFL yaranandan – 2008-ci ildən bəri prezident səlahiyyətlərini daşıyır.