Pikford azarkeşlərə müraciət edib

İngiltərə millisinin qapıçısı Cordan Pikford azarkeşlərə müraciət edib.

Sportline.az xəbər verir ki, o, İsveçrə ilə 1/4 final matçında azarkeşlərin komandaya inanmaqlarını istəyib.

"Bizə inanın! Sona qədər döyüşüb, əlimizdən gələni edəcəyik. Azarkeş dəstəyinə ehtiyacımız var. Siz komandanın vacib hissəsisiniz. Sizin yaratdığınız abu-hava bizə kömək edir", - deyə Pikford UEFA-nın saytına açıqlamasında deyib.

Qeyd edək ki, İngiltərə ilə İsveçrə millilləri iyulun 6-da üz-üzə gələcəklər.