Poçettino təəccübünü bölüşüb
Bu mövsüm işləri qaydasında getməyən "Çelsi"nin baş məşqçisi Maurisio Poçettino uğursuzluğun səbəbini açıqlayıb.
Sportline.az xəbər verir ki, o, ən başlıcası zədəlilərin çoxluğundan şikayətlənib.
"Heyətdəki itkilər daim özünü büruzə verir. Təsəvvür edin ki, indiki halımızla hələ Avrokuboklarda oynasaydıq necə olardı. Bu sadəcə dəhşətdir", - deyə Poçettino vəziyyəti izah etməyə çalışıb.
Qeyd edək ki, 30 turdan 44 xal toplayan "Çelsi" Premyer Liqanın yarış cədvəlində 9-cudur.