Poçettinodan maraqlı açıqlama
"Çelsi» nin baş məşqçisi Maurisio Poçettino futbolçuların millinin düşərgəsindən yorğun qayıtmasından narahatlığını dilə gətirib.
Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Fabrisio Romano sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, Poçettino xüsusilə Cənubi Amerikadan olan futbolçularla bağlı problem yarandığını vurğulayıb: "Çərşənbə axşamı Cənubi Amerikadan qayıdan oyunçuların şənbə günü meydana çıxmaları çox çətindir. Enzo və Kaysedonun yorğunluğu bununla əlaqədardır. Amma, onları ehtiyattda saxlaya da bilmirəm. Bu halda azarkeşlər də, klub sahibi də məni qətlə yetirər", - deyə argentinalı mütəxəssis bildirib.
Qeyd edək ki, APL-in son turunda "Çelsi" - "Arsenal" görüşü 2-2 hesabı ilə nəticələnib.