Pol Poqba təxminən 1 il sonra yaşıl meydanlarda
Xeyli müddətdir zədədən əziyyət çəkən "Yuventus"un futbolçusu Pol Poqba sıraya dönüb.
Sportline.az xəbər verir ki, fransalı yarımmüdafiəçi A seriyasının 24-cü turunda ötən gecə "Torino" ilə keçirilən matçın (4:2) 68-ci dəqiqəsində meydana daxil olub. Beləliklə, Poqba 315 günlük fasilədə sonra oyuna çıxıb.
Qeyd edək ki, Poqba sonuncu dəfə 2022-ci ilin aprel ayında - "Mançester Yunayted"də çıxış edərkən "Liverpul"la görüşdə meydana çıxmışdı. Yayda azad agent kimi Turin klubuna keçən futbolçu müxtəlif zədələrə görə indiyədək heç bir oyunda iştirak etməmişdi.