Polis Əziz Yıldırım barədə istintaqa başladı
Türkiyə polisi "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım barədə istintaqa başlayıb. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, buna qadınların basketbol liqası çərçivəsində keçirilən "Fənərbaxça" - "Yakın Doğu Universiteti" komandalarının görüşündən əvvəl yaşananlar səbəb olub. Ə.Yıldırımın zərbəsinə tuş gələn rəqib prezident - Işık Eyigüngör polisə şikayət ərizəsi ilə müraciət edib. Ərizəni qəbul edən polis hadisəni araşdırmağa başlayıb.

Xatırladaq ki, matçdan əvvəl iki klubun prezidenti arasındakı mübahisə vaxtı Ə.Yıldırım Işık Eygüngörə sillə vurub və ona, "Sən əxlaqsızsan", - deyib.
Məlumata görə, mübahisəyə səbəb rəqib komandanın oyundan öncə "Fənərbaxça"nın bəzi basketbolçularına transfer təklifi olub.