Polis futbolçunu silahla vurdu
Braziliya həvəskar liqasında qalmaqallı anlar yaşanıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Braziliya həvəskar liqasında 2 futbolçu arasında münaqişə yaşanıb.
Hadisəyə müdaxilə edən polis isə qalmaqallı hərəkətə imza atıb.
Hadisələri sakitləşdirməyə çalışan polis məmurunun pompalı ov tüfəngi ilə futbolçunun ayağını vurması anları həvəskar kameraya düşüb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.