Polşa millisi baş məşqçisini istefaya göndərdi

Polşa Futbol Federasiyası millisinin baş məşqçisi Çeslav Mixneviçlə yolları ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Mixneviç 2022-ci il dekabrın 31-də vəzifəsini rəsmən tərk edəcək. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Polşa 1/8 finalda Fransaya 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Mixneviç bu ilin yanvar ayından Polşa millisini çalışdırırdı.

Banner