Polşalı qolkiper karyerasını başa vurub
Polşalı qapıçı Voytsex Şensnı karyerasını başa vurduğunu açıqlayıb.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, son olaraq "Yuventus"da çıxış edən qapıçı 34 yaşında futbolla vidalaşıb.
O, karyerası ərzində "Arsenal", "Brendford", "Roma" və "Yuventus"da çıxış edib. Ümumillikdə 548 oyuna çıxan Şesni bu görüşlərdə 559 qol buraxarkən 210 oyunda qapısını toxunulmaz saxlayıb. Təcrübəli qapıçı Polşa millisi ilə 84 oyun keçirib.
Qeyd edək ki, Şensnı "Yuventus"la 3 dəfə A Seriyasının, 3 dəfə İtaliya Kubokunun, 2 dəfə isə İtaliya Superkubokunun qalibi olub.
Qapıçı "Arsenal"ın heyətində 2 dəfə Federasiya Kubokunun, 1 dəfə ölkə Superkubokunun qalibi olub.Şensnı 2019-2020 mövsümündə İtaliyada ilin qapıçısı, 2022-ci ildə Polşada ilin futbolçusu seçilib.