Poqba Dibalanın keçidi üçün fəaliyyətə başladı
"Mançester Yunayted" Paulo Dibalanın keçidində israrlıdır.
SportLine.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Pol Poqba da argentinalı futbolçunun transferi üçün fəaliyyətə başlayıb. Fransalı futbolçu sabiq komanda yoldaşını İngiltərəyə köçməyə razı salmaq niyyətindədir.
"Mirror"un məlumatına görə, "Mançester Yunayted" "Yuventus"a 100 milyon avro ödəməyə hazırdır.