Poqba komandada qalır?

“Mançester Yunayted” futbolçusu Pol Poqbaya yeni müqavilə təklif etməyə hazırlaşır.

Sportline.az ESPN-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 27 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli razılığa gəlmək niyyətindədir.

“Mançester Yunayted” büdcədə tarazlığı pozmamaq üçün fransalı oyunçuya həddindən artıq yüksək maaş təkif etmək istəmir. Lakin İngiltərə klubu futbolçunun  məvacibini müəyyən səviyyədə artırmağa hazırdır.

Poqbanın Premyer Liqa təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir. O, klubda həftəlik 297 min avro qazanır.

Qeyd edək ki, Poqba “Mançester Yunayted”ə 2016-cı ildə “Yuventus”dan keçib.