"Poqba müqaviləni yeniləməyəcək"

“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Ralf Ranqnik komandanın futbolçusu Pol Poqbanın klubla müqaviləsini yeniləmək niyyətində olmadığı barədə yayılan məlumatları təsdiqləyib.

Sportline.az xəbər verir ki, 63 yaşlı mütəxəssis deyib:

“Poqba “Mançester Yunayted”lə müqaviləsini yeniləməyəcək. Çox güman ki, o, gələn mövsüm burada olmayacaq”.

Xatırladaq ki, Poqba 2016-cı ildə “Yuventus”dan “Mançester Yunayted”ə keçmişdi. Bu mövsüm 29 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 20 matçda 1 qol vurub və 9 qolun ötürməsini verib. Onun "qırmızı şeytanlar"la müqaviləsi bu il iyunun 30-da başa çatır.