Poqbaya yeni baş məşqçini gözləmək təklif olundu

"Mançester Yunayted" rəhbərliyi Pol Poqbanın menecerləri ilə görüşüb.

Sportline.az "The Mirror" nəşrinə istinadən xəbər verir ki, futbolçunun nümayəndələrindən yeni klub seçimi ilə bağlı tezliklə qərar verilməsi xahiş olunub.

Poqbaya diqqətini Ralf Ranqnikə yönəltməmək və yeni məşqçinin gəlməsini gözləmək təklif edilib.

Qeyd edək ki, Poqba hazırda rəsmi olaraq yeni klub ilə danışıqlar apara bilər. Onun "Mançester Yunayted"lə müqaviləsi yayda başa çatır.