"Porto" London klubundan 80 milyon avro tələb edir

"Tottenhem" yeni hücumçu axtarışına çıxıb.

Sportline.az xəbər verir ki, London klubunun əsas hədəfi Samuel Aqhehovadır.

"Team Talk" nəşrinin yaydığı məlumata görə, "Porto" klubu 21 yaşlı forvard üçün 80 milyon avro tələb edir.

Qeyd edək ki, İspaniya millisinin üzvü "Tottenhem"ə transfer olmaqda maraqlıdır.