“Porto”da ayrılıq yaşana bilər

“Porto”nun ispaniyalı hücumçusu Samu Aqhehova karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” S.Aqhehova ilə yaxından maraqlanır.

Mikel Arteta 20 yaşlı futbolçunu komandasında görmək istəyir.

Qeyd edək ki, Aqhehova “Arsenal”da çıxış etməyə müsbət baxır.