Portuqaliya klubunda yeni təyinat

Portuqaliyanın “Braqa” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, komandanı Karlos Karvahal çalışdıracaq. 54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Portuqaliyanın Braqa şəhərindən olan Karvahal keçən mövsüm ölkəsinin “Rio Ave” klubunu çalışdırıb.

Qeyd edək ki, "Braqa" başa çatan mövsümü 3-cü pillədə başa vurub. Komanda Avroliqada mübarizəyə qrup mərhələsindən başlayacaq.