Portuqaliya millisinin sabiq oyunçusu karyerasını başa vurub

Portuqaliyalı yarımmüdafiəçi Miqel Veloso karyerasının bitirdiyini açıqlayıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 38 yaşlı futbolçu Filippo İnzaginin rəhbərlik etdiyi "Pisa" klubunun məşqçilər korpusunda çalışacaq. 

Miqel Velosonun peşakar karyerasında da son klubu B Seriyası təmsilçisi "Pisa" olub.

Futbolçu daha əvvəl "Sportinq", "Dinamo" (Kiyev), "Cenoa" və "Verona"da oynayıb.

Qeyd edək ki, Portuqaliya millisinin heyətində 56 oyun keçirən Veloso 3 qolla yadda qalıb.