Portuqaliya yığmasının heyəti açıqlandı
UEFA Millətlər Liqasının başlanmasına 9 gün qalır.
Sportline.az xəbər verir ki, sentyabrın 3-də startı veriləcək turnirə maraq böyükdür.
Artıq bir neçə komanda heyətini açıqlayıb. Bunlardan biri də Portuqaliya yığmasıdır. Baş məşqçi Fernandu Santuş 25 futbolçuya dəvət göndərib. Onların arasında Antoni Lopes, Rui Patrisio, Joao Kanselo, Pepe, Brunu Fernandeş, Joao Moutinyo, Bernardo Silva, Kriştiano Ronaldo, Joao Feliş kimi futbolçular var. Baş məşqçi Fernandu Santuş yenidən fəxri mükafatı qazanmaq arzusunda olduğunu bildirib.
“2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olduq. Bu uğuru təkrarlamaq istəyirik. Gücümüz kifayət qədərdir. Əla heyətimiz var. Ümid edirəm ki, azarkeşlərimizi növbəti dəfə sevindirərik”.
Qeyd edək ki, Portuqaliya millisi sentyabrın 5-də Xorvatiya, 8-də isə İsveç futbolçuları ilə qarşılaşacaq.