Portuqaliyalı futbolçu millimizlə matçı buraxa bilər

Portuqaliya millisinin futbolçusu Rafael Gerreyru Azərbaycan yığması ilə keçirəcəkləri dünya çempionatının seçmə oyununu buraxa bilər.

Sportline.az xəbər verir ki, "Borussiya" (Dortmund) klubunda çıxış edən 28 yaşlı müdafiəçi Almaniya Kubokunun 1/4 finalında "Borussiya" (Mönhenqladbax) komandasını 1:0 hesabı ilə məğlub etdikləri oyunda zədələnib.

5-ci dəqiqədə sol ayağından xəsarət alan oyunçunun qarşıdakı görüşlərdə iştirakı sual altına düşüb. Onun zədəsinin ciddi olduğu ehtimal edilir.

Qeyd edək ki, martın 24-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.