Portuqaliyalı ulduz "Barsa"da

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Barselona" heyətini daha bir futbolçu ilə gücləndirib. SportLine.az xəbər verir ki, katalonlar son mövsümü "Valensiya"da keçirən Andre Qomeşin keçidini həll edib. Portuqaliyalı ulduzun gələn həftə rəsmən ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, Qomeş 2015/16-cı illər mövsümündə İspaniya çempionatında 30 matç keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. O, Fransada keçirilən Avropa çempionatında Portuqaliyanın heyətində 5 oyunda çıxış edib və sonda çempion titulunu qazanıb.