Portuqaliyalı ulduzun yeni klubu bilindi
Portuqaliyanını məşhur futbolçularından olan Luiş Nani karyerasını bitirmək fikrində deyil.
Sportline.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi ölkəsinin "Eştrella" klubu ilə anlaşıb.
Onun yeni klubu ilə 1 illik müqavilə bağladığı bildirilir.
Qeyd edək ki, təcrübəli futbolçu son olaraq Türkiyənin "Adana Demirspor" komandasının formasını geyinib.
Nani son mövsümdə meydana çıxdığı 34 oyunda 4 qol və 3 asistlə yadda qalıb.