Premyer Liqa futbolçularında koronavirus

İngiltərə Premyer Liqasının dörd oyunçusunda koronavirus aşkarlanıb.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, koronavirusa yoluxan futbolçuların və oynadıqları klubların adları açıqlanmayıb. Həmin şəxslərin hazırda karantində olduğu və ən azı bunun 10 gün çəkəcəyi bildirilib.

Qeyd edək ki, İngiltərə çempionatının görüşləri bu mövsüm koronavirusa səbəbindən azarkeşsiz keçirilir.