Premyer Liqa komandası cəzalandırılıb

İngiltərə Premyer Liqasında daha bir komandanın xalları silinib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, “Şeffild Yunayted” transfer ödəmələrini gecikdirdiyinə görə cəzalandırılıb.

“Şeffild Yunayted”, aşağı liqada qayda pozuntusuna yol veridyi üçün Premyer Liqanı tərk etdiyi ilk mövsümə mənfi 2 xal ilə başlayacaq.

Kris Vilderin komandası Premyer Liqanın son pilləsində qərarlaşır.

Qeyd edək ki, 31 oyunda 16 xal toplayan “Şeffild Yunayted” düşmə zonasından bir pillə yuxarıda olan “Nottinqem Forest”dən 9 xal geri qalır.