Premyer Liqada ayın ən yaxşı məşqçisi
İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Sportline.az turnirin saytına istinadən xəbər verir ki, "Nyukasl"ın çalışdırıcısı Steve Brus ötən ən yaxşı məşqçisi seçilib. 60 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda ötən ay dörd oyun keçirərək "Bernli" (2: 1) və "Vest Hem"i (3: 2) məğlub edib, eyni zamanda "Tottenhem"lə (2: 2) "Liverpul" (1: 1) heç-heçə edib.
Bu nəticələr sayəsində komanda elitada qalmağı təmin edib.
Qeyd edək ki, ayın ən yaxşı məşqçisi mükafatı Brus üçün 1999-cu ildən bəri davam edən karyerasında ilkdir. 60 yaşlı mütəxəssis bu mükafat uğrunda mübarizədə "Vest Bromviç"in baş məşqçisi Sam Allardeys, "Lids Yunayted"in çalışdırıcısı Marselo Byelsa və "Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşeri geridə qoyub.