Premyer Liqada drammatik oyun

İngiltərə Premyer Liqasının 22-ci turunda "Vulverhempton"la qarşılaşan "Mançester Yunayted" çətinliklə də olsa fanatlarını sevindirməyi bacarıb.

Sportline.az xəbər verir ki, məhsuldarlığı ilə də yadda qalan görüşdə hesab ekən qolla açılıb. Artıq 5-ci dəqiqədə Markus Reşford yerli azarkeşləri sudurub. Təzyiqi azaltmayan mançesterlilər çox kecmədən Rasmus Hoylundun vurduğu qolun sevincini yaşayıblar. 2-0. Görüşün ikinci hissəsi daha məhsuldar və drammatik alınıb.

71-ci dəqiqədə  Vulverhempton Sanabrianın penaltidən vurduğu qolla fərqi minimuma endirib. Dərhal toparlanan qırmızı şeytanlar cəmi 4 dəqiqə sonra fərqi yenidən artırıblar. Mak Tominey demək olar ki, topa ilk toxunuşu ilə yerli publikanı məyus edib. 3-1. Amma, bu da canavarları ruhdan salmayıb. Yüksək əzmkarlıq göstərən Vulverhempton hesaba tarazlıq gətirməyi bacarıb. Əvvəlcə Kilman komanda yoldaşlarını irəli səsləyib. Ardınca Neto əsəs vaxta artırılmış 5 ci dəqiqədə Mançester Yunayted fanatlarını şoka salıb. 3-3. Matçın bu hesabla da bitəcəyini düşünənlər yanılıblar. Əlavə olunmuş 7-ci dəqiqədə səhnəyə çıxan Kobe Maino mükəmməl zərbə ilə qırmızı şeytanlara qələbə qazandırıb. 4-3. Çətin səfər qələbəsi ilə xal ehtiyyatını 35-ə çatdıran Mançester Yunayted 7-ci pilləyə yüksəlib. Vulverhempton 29 xalla 11-cidir.